27 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır.

Vətəndaşlar, əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə fərqlidir.

Belə ki, MMC-nin tikdiyi binadan mənzil alanlar ilk növbədə bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını aydınlaşdırmalıdır. Əgər binaya çıxarış verilibsə, MMC ilə mənzil sahibi arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra, həmin müqavilə əsasında mənzil sahibi mülkiyyət hüququnu qeydiyyata aldırmaqla, öz adına çıxarış əldə edə bilər.

MTK-dan mənzil alan vətəndaşlar isə ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilmədiyini (istismara qəbul aktının olub-olmadığı) dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və maliyyə arayışı (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) tələb olunur.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?