25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 111 milyon manat vəsait daxil olub

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 111 milyon manat vəsait daxil olub

Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hesabat dövründə 2161 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 541-i qeyri-yaşayış, 1 620-si isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

Beləliklə, 2023-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 111 milyon manat vəsait daxil olub.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?