20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO "Business Meeting 2023" tədbirində təmsil olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 38-ci İndoneziya Ticarət Sərgisinin (TEI) təbliğatı məqsədi ilə İndoneziyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində təmsil olunub.

AZPROMO-dan verilən məlumata görə, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi ölkəsinin Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir oktyabr ayında Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.

Qeyd edək ki, 18-22 oktyabr tarixində keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?