19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: “Rəqəmsal İpək yolu” Orta Dəhlizin daha məhsuldar işləməsinə gətirib çıxaracaq”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Rəqəmsal İpək Yolu” layihəsi ilə bağlı fikirlərini bildirib. Millət vəkili “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının sualına cavab olaraq qeyd edib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən bu layihə üzərində uzun müddətdir iş gedir. Əsas məqsəd Xəzər dənizinin dibindən keçməklə Azərbaycan və Orta Asiya ölkələrini birləşdirən optik kabellərin çəkilməsi və bununla da bütövlükdə Şərq və Qərb arasında informasiya mübadiləsində mühüm rol oynamasına nail olmaqdır.

Komitə sədri vurğulayıb ki, bu gün Orta Dəhliz Azərbaycandan keçməklə Şərqlə Qərb arasında yüklərin daşınmasında mühüml rol oynayır. Dəhlizin daha işlək vəziyyətdə olması üçün Azərbaycan və qonşu ölkələr öz infrastrukturlarını təkmilləşdirirlər. Bu baxımdan, layihənin daha səmərəli və cəlbedici olması üçün dəhlizin rəqəmsallaşdırılması qarşıda duran əsas məsələlərdən biridir. Bütün bunların reallaşdırılması Azərbaycan və Orta Asiya arasındakı “Rəqəmsal İpək yolu” dəhlizinin daha məhsuldar işləməsinə gətirib çıxaracaq: “Bu gün Şərqlə Qərb arasında yüklərin daşınması ilə yanaşı, böyük həcmdə informasiya mübadiləsi də aparılır. Bu istiqamətdə Azərbaycanın gələcəkdə oynayacağı rol çox mühüm əhəmiyyət daşıyır. Bu, həm də ölkəmiz üçün böyük miqdarda iqtisadi fayda əldə etmək anlamına gəlir”.

Qeyd olunub ki, bu gün rəqəmsallaşma dünyanın ən böyük tələbatlarındandır: “Azərbaycan iqtisadiyyatında da rəqəmsallaşma geniş vüsət almaqdadır. İnnovasiya və rəqəmsallaşmaya görə öndə olmaq hər bir ölkənin inkişafını müəyyən edən mühüm amildir. Bu baxımdan yanaşsaq, Azərbaycanın belə bir təşəbbüs irəli sürməsi bütövlükdə gələcəkdə regionun inkişafını müəyyən edən mühüm göstəricilərdən biridir. Azərbaycan özünün rəqəmsal potensialını qonşu ölkələrə açmaqla regionun inkişafına daha çox nail olmaq əzmindədir”.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?