17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Azərbaycanla ticarətdə müsbət rol oynayacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu yükdaşımaları əhəmiyyətli dərəcədə artırmaq və Qırğızıstan və Azərbaycan arasında yükdaşımaların dəyərini azaltmaq potensialına malik yeni əsas nəqliyyat dəhlizidir.

Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına qırğız ekspert, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Qırğızıstan Respublikasında ticarətin liberallaşdırılması və gömrük islahatları (RTLC)” layihəsinin “İxrac tərəfdaşlığı” təşəbbüsünün meneceri Ruslan Saralinov deyib.

"Dəmir yolu Çinin Sincan əyalətini Xəzər dənizi ilə birləşdirəcək, Çin, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün yeni və səmərəli marşruta çevriləcək. Yeni dəmir yolunun tikintisinin 2025-ci ildə başa çatdırılması gözlənilir və bu yolla ildə 10 milyon tona qədər yük daşına biləcək”, - ekspert bildirib.

Onun sözlərinə görə, dəmir yolu Qırğızıstan və Azərbaycan üçün bir sıra üstünlüklərə malik olacaq. Marşrut iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın intensivləşməsinə töhfə verəcək: “Dəmir yolu Qırğızıstan və Azərbaycan arasında yüklərin daşınması üçün yeni və səmərəli marşrut təmin edəcək ki, bu da ticarətin artmasına səbəb ola, həm biznes, həm də istehlakçılar üçün fayda verə bilər. Bunun sayəsində bizneslər xərcləri azalda biləcəklər ki, bu da beynəlxalq bazarlarda bizim məhsulumuzu daha rəqabətədavamlı edəcək”.

2022-ci ilin sentyabrında Qırğızıstan, Çin və Özbəkistan dəmir yolunun tikintisində əməkdaşlıq haqqında saziş imzalayıb. Yeni dəmir yolu dəhlizi Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq. Marşrut Çindən Qırğızıstana, eləcə də Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə yüklərin çatdırılmasını təmin edəcək. Dəmir yolu Xəzər dənizinə çıxışla yanaşı, Çin, Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçən və sonra Avropa ölkələrinə gedən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi olacaq.

Tamilla MƏMMƏDOVA

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri