12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana turist axını 37 faizdən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dfövrü ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub. Ölkəyə gələn əcnəbilərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,8 faiz artaraq 993,5 min nəfər təşkil edib. Ölkə vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib.

Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı isə 24,7 faiz azalıb.

2023-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?