15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sektorda çalışanlara 46 milyon manatadək güzəştli kredit verilib

Bu ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 4060 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

vergiler.az” Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 2302 fiziki və hüquqi şəxsə 45,8 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-iyul aylarına nisbətdə güzəştli kredit alanların sayı 6,8 faiz (147 nəfər), kredit məbləği isə 27,6 faiz (9,9 milyon manat) artıb.

Verilən kreditlərin 34,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 250 min manatı güzəştli kreditlər, 11 milyon manatı isə mikrokreditlərdir.

Bununla yanaşı, cari ilin yanvar-iyul ayları ərzində AKİA tərəfindən 1809 baş damazlıq heyvanın (933 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 3,2 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 49,6 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?