Bu ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 4060 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
“vergiler.az” Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 2302 fiziki və hüquqi şəxsə 45,8 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-iyul aylarına nisbətdə güzəştli kredit alanların sayı 6,8 faiz (147 nəfər), kredit məbləği isə 27,6 faiz (9,9 milyon manat) artıb.
Verilən kreditlərin 34,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 250 min manatı güzəştli kreditlər, 11 milyon manatı isə mikrokreditlərdir.
Bununla yanaşı, cari ilin yanvar-iyul ayları ərzində AKİA tərəfindən 1809 baş damazlıq heyvanın (933 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 3,2 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 49,6 milyon manat məbləğində güzəştli kredit ayrılıb.