18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Mühasiblər Forumunun uğuru əməkdaşlıqdan keçir

İyunun 12-də Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunda çıxış edən Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədri, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirib ki, bu forum ölkəmizin iqtisadi həyatı üçün çox əhəmiyyətlidir. İlk dəfə 2017-ci ildə keçirilmiş forumun uğurlarının əsasında isə Vergilər Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyi, Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi ilə konstruktiv əməkdaşlıq dayanır.

R.Atakişiyev qeyd edib ki, indiyədək ən yadda qalan hadisələrdən biri də Vergilər Nazirliyinin Milli Mühasiblər Forumunun Əməkdaşlıq Şurasında təmsil olunmasıdır: "Vergi sisteminin, vergi inzibatçılığının təkmilləşdirilməsinə gedən yol uçotun şəffaflaşdırılmasından, hesabatların dəqiqləşdirilməsindən keçir. Forum yarandığı gündən Vergilər Nazirliyi bizə böyük dəstək göstərib".


Fəxriyyə İKRAMQIZI

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?