26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəkər çuğundurunun tədarük qiyməti artırılıb

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, qərara əsasən, müəssisə tərəfindən 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.

Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 faiz şəkərliliklə 65 manatdan 69 manata, 13 faiz şəkərliliklə 68 manatdan 72 manata, 14 faiz şəkərliliklə 73 manatdan 77 manata, 15 faiz şəkərliliklə 77 manatdan 81 manata və 16 faiz şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.

Qeyd edək ki, 2023-cü təsərrüfat ilində respublikanın 22 rayonunda 4534,9 hektar şəkər çuğunduru əkilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?