11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rəqabət qanunvericiliyi və istehlakçı hüquqlarının pozulması” mövzusunda ixtisasartırma təlimi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün “Rəqabət qanunvericiliyi və istehlakçı hüquqlarının pozulması” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, təlim iştirakçılarına Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri, xüsusilə istehlakçı hüquqlarının müdafiəsi və rəqabət qanunvericiliyi sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri izah olunub.

Əlavə olaraq, haqsız rəqabətin formaları və rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar bazar subyektlərinin məsuliyyəti, haqsız sahibkarlıq fəaliyyəti və mübarizə metodları barədə də məlumat təqdim edilib.

Sonda təlim iştirakçılarının istehlakçı hüquqlarına və rəqabət qanunvericiliyinə dair sualları cavablandırılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?