20 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) ilə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib.
Tədbirdə Dünya Bankının nümayəndələrinə dövlət satınalmaları sahəsində atılan addımlar barədə məlumat verilib. Tərəflər, həmçinin layihə çərçivəsində uğurlu əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıb.
Qeyd edək ki, “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsinin həyata keçirilməsində məqsəd Hökumətə dövlət idarəçiliyinin dürüstlüyünü və hesabatlılığını artırmağa, rəqəmsal həllər və strateji satınalmaların və e-GP-nin ((The Electronic Government Procurement – Elektron Dövlət Satınalamaları) effektiv tətbiqi yolu ilə dövlət satınalmalarının izlənilirliyini, şəffaflığını, səmərəliliyini və dəyərini gücləndirməyə kömək etməkdir. Layihə çərçivəsində AİBNDX-də bu sahədə aidiyyəti dövlət qurumları və dövlət satınalmalarının iştirakçıları ilə məsləhətləşmələr, fikir mübadiləsi və mövcud vəziyyətin öyrənilməsi üçün missiya fəaliyyətə başlayıb.
Layihənin yekununda Azərbaycan üçün ölkə səviyyəsində strateji satınalmalar üzrə analitik hesabat, həmçinin Elektron Dövlət Satınalmalarının hazırlığının qiymətləndirilməsi və icrasına dair yol xəritəsi üzrə analitik hesabatın hazırlanması planlaşdırılır.
Qeyd edək ki, Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən “Azərbaycan üçün çevik texniki yardım aləti” (AZTAF) icra olunur. Aİ ilə tərəfdaşlıq prioritetlərinə uyğun olaraq, sözügedən alət çərçivəsində dörd istiqamət - “daha güclü idarəetmə”, “daha güclü iqtisadiyyat”, “daha güclü əlaqəlilik və dayanıqlılıq” və “daha güclü cəmiyyət” üzrə aidiyyəti dövlət qurumları ilə bir sıra texniki yardım layihələri icra edilir.
VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri