21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı Nazirlər Kabinetində iclas keçirilib

İyulun 21-də Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi və İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələrinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.

Dövlətimizin başçısının tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli Sərəncamı imzalanıb.

AZƏRTAC

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?