23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdamda “Made in Qarabağ” brendli tütün məmulatları istehsal ediləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gələn ildən fəaliyyətini Ağdam Sənaye Parkında davam etdirəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, hazırda 100-dən artıq çeşiddə məhsul istehsal edən QSC Ağdam Sənaye Parkında investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatları müəssisəsi yaradacaq, 300 nəfəri işlə təmin edəcək: “Əsas məqsədimiz ən qısa müddətdə Ağdam Sənaye Parkında müasir standartlara uyğun yeni müəssisə inşa etmək, tütün məmulatlarının istehsalını Sumqayıtdan Ağdama köçürməkdir. İstehsalla əlaqədar 300-dək əməkdaşımızın Ağdama köçürülməsi nəzərdə tutulur”.

E.Cavanşir qeyd edib ki, bu layihə “Made in Qarabag” brendinin də təşviqinə imkan verəcək. Qarabağ iqtisadi rayonunda iqtisadi fəallığın təmini məqsədilə ilkin olaraq 500 hektar ərazidə tütün əkini planlaşdırılır. Layihənin davamı kimi 17 müasir istixana, 100 tütünqurutma kamerası, eləcə də inzibatı və anbar binası inşa ediləcək.

Qeyd edək ki, “Tabaterra” QSC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq fəaliyyətə başlayıb. Müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət göstərir ki, bunların illik istehsal həcmi 17 milyard ədəd siqaret təşkil edir. Hazırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco İnternational” və “İmperial Tobacco” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunur. Zavod yerli brendləri Gürcüstan bazarına ixrac etməyi planlaşdırır. Bu isə ölkəyə 13 milyon dollar vəsaitin daxil olması deməkdir.

İlhamə İSABALAYEVA

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?