30 Noyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son bir ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 18,3 faiz artıb

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 733.497 milyon manat vergi və rüsum daxil olub. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 407,861 milyon manat və yaxud 30,8 faiz çoxdur. Komitədən bildirilib ki, təkcə may ayında daxil olan vergi və rüsumların ümumi məbləği 341 milyon 638,5 min manat təşkil edib. Büdcə daxilolmalarının statistikasında yer alan gömrük rüsumları aprel ayı ilə müqayisədə 1 milyon 652,5 min 89 milyon 138,3 min manat olub.

Aksizlər üzrə vergi daxilolmaları da artaraq 20 milyon 141,1 min manata çatıb. Yol vergisi isə may ayında 3 milyon 625,3 min manat olub. May ayında yalnız əlavə dəyər vergisi azalaraq 228 milyon 733,8 min manat təşkil edib. Apreldə bu göstərici 267 milyon 921,3 min manat olub.

Son bir ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 62,465 milyon manat və ya 18,3 faiz artaraq 403,939 milyon manat təşkil edib. ƏDV üzrə daxilolmaların məbləği 31,2 faiz artaraq 1.196,512 milyon manat, aksizlər üzrə daxilolmaların məbləği iki dəfə artaraq 116,205 milyon manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 17,8 faiz artaraq 16,842 milyon manat təşkil edib.

Fərqanə ALLAHVERDİ

VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb İqtisadiyyatƏmək müqavilələrinin sayı 1 mln. 790,8 minə çatıb