8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli mənzilləri nağd qiymətə daha ucuz qiymətə almaq mümkündür

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin yeni üsulla satışı barədə elan verib. Agentlikdən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarda yerləşən 243, ümumilikdə 253 mənzil satışa çıxarılıb.

Bu dəfə mənzillər nağd qaydada satılacaq. Yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə mənizl satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul saat 00:00-dək davam edəcək. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul saat 00:00-dək davam edəcək.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat

Satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Satış şərtləri və qiymətlər
Bu elan çərçivəsində mənzillərin satışı yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulduğuna görə, mənzil alan vətəndaş satış qiymətinə əlavə 10 faiz endirim əldə edəcək. Mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti (manat)

Əlavə endirim məbləği (manat)

Mənzilin öz vəsaiti hesabına ödəniş üsulu ilə (əlavə endirimdən sonra) satış qiyməti (manat)

1

29.925

2.993

26 932

2

47.652

4.765

42 887

3

65.417

6.542

58 875

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olmaqla satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər haqqında məlumatlarla ətraflı tanış olmaq mümkündür.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?