16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda ICCIA Direktorlar Şurasının 35-ci iclası keçiriləcək

17-18 iyul 2023-cü il tarixlərində Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası keçiriləcək.

İxracın və İnvestisiyaları Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, görüş çərçivəsində ölkədə səfərdə olacaq Palata nümayəndələri ilə yerli sahibkarlar arasında B2B görüşlərin təşkil olunması nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibində informasiya texnologiyaları, tekstil, cərrahi mallar, əczaçılıq məhsulları, meyvə-tərəvəz, pambıqçılıq, düyü, mebel avadanlıqları və s. kimi müxtəlif sektorların tanınmış iş adamları təmsil olunacaq.

Görüşün əsas məqsədi – yerli və xarici sahibkarları bir araya toplayaraq, İslam ölkələri arasında ticarət və iqtisadi əlaqələrin qurulması və biznes münasibətlərinin inkişafına töhfə verməkdir.

Tədbirdə iştirak etmək üçün 14 iyuladək AZPROMO-ya müraciət olunmalıdır.

Əlaqələndirici şəxs: Nigar Mehtiyeva

E-mail: [email protected]

Tel.: +994 12 465 76 92 (119)

Mob.: +994 51 229 97 22

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?