22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fabrizio Vielmin: "Azərbaycan Avropa üçün çox vacib tərəfdaşa çevrilib"

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın qaza olan tələbatının 10%-dən çoxunu təmin etdiyi üçün Azərbaycan-İtaliya ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini gücləndirən mühüm amillərdir.

Bu sözləri “vergiler.az”a Qafqaz və Mərkəzi Asiya üzrə ekspert Fabrissi Vielmin deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyanın enerji resurslarının Avropaya ixracına qarşı sanksiyalar tətbiq etdikdən sonra Azərbaycan Avropa üçün çox vacib tərəfdaşa çevrilib.

“TAP vasitəsilə Avropaya nəql olunan qazın iki dəfə artacağı ilə bağlı gözləntilər var. Bu perspektivlərə gəlincə, bizdə kifayət qədər yayılmış futbol metaforasından istifadə etsək, meydandakı top Azərbaycan tərəfindədir.

Demək istəyirəm ki, Azərbaycan tərəfi bu kəmərlərin inkişafı üçün investisiya resurslarını səfərbər edə biləcək əsas oyunçu olacaq”, - ekspert bildirib.

“Digər tərəfdən, Özbəkistan qaz hasilat imkanlarını inkişaf etdirir və beynəlxalq iştirakını diversifikasiya etməyə hazırdır. İstənilən halda, Xəzər hövzəsinin enerji axınlarını toplamaq üçün lazımi sahil infrastrukturuna investisiyalar tələb olunacaq”, - deyə ekspert yekunlaşdırıb.

Tamilla MƏMMƏDOVA

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?