17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Misirlə investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub

Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib, Azərbaycan və Misir arasında mühüm potensiala malik faydalı biznes və investisiya imkanlarının reallaşdırılması barədə həmkarı – GAFI-nin rəhbəri Hössəm Heyba ilə fikir mübadiləsi aparıb.

Hössəm Heyba, öz növbəsində, GAFI tərəfindən xarici investorlar üçün yaradılan şərait, göstərilən xidmətlər və Misirdə xarici şirkətlərin fəaliyyətinin asanlaşdırılması məqsədilə təqdim edilən qızıl lisenziyalar təşəbbüsü haqqında məlumatı diqqətə çatdırıb.

Qeyd edilib ki, Misirin azad zonaları xüsusi investisiya sisteminin bir hissəsi hesab olunur və burada həyata keçirilən investisiya fəaliyyətinə GAFI birbaşa nəzarət edir. Bu müstəvidə investisiya əməkdaşlığının potensialı yüksək qiymətləndirilib, birgə tərəfdaşlığa dair bir sıra təkliflər irəli sürülüb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?