6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Mauren Loj ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələrinin də iştirak etdiyi görüşdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) üzvlük və əməkdaşlıq məsələləri müzakirə edilib, nəzəri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda təşkilatın keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinə dəstəyi qeyd olunub, müvafiq sahədə ölkəmizlə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?