12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kapital bazarının infrastrukturu təkmilləşdirilir

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "Raiffeisen Bank International" (RBI) arasında kapital bazarlarının, depozitar və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

RBI Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarətsonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir. Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə Avropanın qabaqcıl beynəlxalq banklarından biri olan bu qurum arasında nominal saxlayıcı hesabların açılması nəzərdə tutulur.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov RBI ilə əməkdaşlığın aparılması və qarşılıqlı depozitar əlaqələrin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondları, iri broker-diler şirkətlərinin ölkəyə gəlmədən və depo hesabı açmadan nominal saxlayıcı hesabları vasitəsilə Azərbaycan qiymətli kağızlarına investisiya etməsinin mümkün olacağını bildirib. Qeyd olunub ki, xarici investorlar RBI vasitəsilə Milli Depozit Mərkəzində açılacaq nominal saxlayıcı hesablardan istifadə etməklə və təkmil klirinq-hesablaşma sistemləri vasitəsilə əməliyyatlarını məsafədən həyata keçirə biləcəklər. Bu isə öz növbəsində xarici investisiyaların ölkəyə cəlb edilməsinə, iqtisadiyyatın neftdən asılılığının azalmasına, həmçinin ölkənin tədiyyə balansında müsbət saldonun artımına təkan verəcəkdir.

Memorandumun imzalanma mərasimində Palata tərəfindən "Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli"nin təqdimatı keçirilib və modelin tətbiq edilməsi üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş" imzalanıb. Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları tərəfindən həyata keçirilməsi, hesablaşma rejimlərinin optimallaşdırılması və ümumilikdə hesablaşma prosesinin iştirakçıları arasında münasibətlər sisteminin tamamilə müasir və mütərəqqi prinsiplər əsasında yenidən formalaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, tədbir iştirakçılarına qiymətli kağızlar bazarında elektronlaşma səviyyəsinin artırılması üzrə daha bir yenilik təqdim edilib, bildirilib ki, investorlar üçün Milli Depozit Mərkəzində depo hesablarının elektron izləmə imkanı yaradılıb. İnvestorlar Mərkəzin internet səhifəsində fəaliyyət göstərən portal vasitəsilə mülkiyyətlərində olan qiymətli kağızlar barədə məlumat əldə edə biləcək, həmçinin depo hesabları üzərindən həyata keçirilmiş əməliyyatları elektron qaydada izləmək imkanı qazanacaqlar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?