22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabirabad Pilot Aqr­oparkda məhsul yığım­ına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Pilot Aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılan sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq 150 hektar sahənin hər hektarından 4,5 tondan çox buğda əldə edilib. Eyni zamanda, əkin sahələrində suvarma suyuna qənaət edilməsi məqsədilə 722 ha sahədə qurulması nəzərdə tutulan müasir suvarma (yağışyağdırma) sistemləri ilə bağlı layihələndirmə işləri aparılıb. Hazırda ilkin olaraq 400 ha sahədə müasir suvarma sisteminin qurulması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 8 milyon manat olan “Fructus Aqropark” tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Müəssisənin təsərrüfat sahəsində 14 daimi, 20-dən çox mövsümi iş yeri yaradılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?