2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək müqavilələrinin sayı, əsasən, özəl sektor hesabına artıb

Əmək müqavilələrinin sayı, əsasən, özəl sektor hesabına artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən deyib ki, bu ilin ilk 5 ayında bağlanmış əmək müqavilələrinin sayı 95 mindən çox artıb. "Ötən 5 ayda 1 illik nəzərdə tutulan nəticəyə çatmışıq. 95 mindən artıq olan müqavilələrin 70 faizi özəl sektorun payına düşür. Bu onu göstərir ki, Azərbaycanda sahibkarlar dövlətin təşkil etdiyi güzəştlərdən yararlandılar, öz öhdələrinə düşən addımları atdılar. Düşünürəm ki, bu dinamika davam edərsə, ölkənin əmək və məşğulluq bazarında ciddi şəkildə təkmilləşmə baş verəcək".

S.Babayev bu ilin 5 ayında əməkhaqqı fondunda da 17-18 faizlik artım olduğunu vurğulayıb. Bunun çox ciddi göstərici olduğunu deyən nazir ölkə üzrə əməkhaqqı fondunda bu qədər artımın özəl sektorda fəaliyyət göstərən sahibkarların şəffaf işləməsinin göstəricisi kimi dəyərləndirib.
Ölkənin əmək bazarının vəziyyətinə və məşğulluq strategiyasının icrası istiqamətində görülən işlərə də toxunan nazirin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması planlaşdırılır. Qurumun əsas işi əmək resursları ilə əmək bazarının tələbləri arasında proqnozlaşdırma və əlaqələndirmə olacaq: "Biz inanırıq ki, işin bu şəkildə təşkili dövlət qurumlarının iştirakı ilə sahibkarlarımızın ehtiyaclarını və imkanlarını nəzərə alaraq, əmək bazarında daha əlaqələndirilmiş işi təmin edə biləcəyik".

Fərqanə ALLAHVERDİQIZI

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?