23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı KOB Evində sahibkarlarla görüş keçirilib

Bakı KOB Evində sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı KOB Evində sahibkarlarla görüş keçirilib

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri iştirak ediblər.

Görüşdə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklər və yeniliklər barədə sahibkarlara ətraflı məlumat verilib. Qeyd olunub ki, mexanizm emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları barədə təqdimat olub.

Daxildə emal gömrük proseduru barədə iş adamlarını maraqlandıran məqamlarla bağlı müzakirə aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, daxildə emal - müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na edilən dəyişikliklərə əsasən, prosedurdan istifadə edən sahibkar alqı-satqı müqaviləsi əsasında xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində emal edərək istənilən ölkəyə ixrac etmək imkanı əldə edir. Dəyişikliklər nəticəsində həmçinin daxildə emal xüsusi gömrük proseduru ilə bağlı sənədləşmə prosesi də sadələşdirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?