11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir Mikayıl Cabbarov Rolande Praysı və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeysteri yeni vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının prioritetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.

Rolande Prays ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər həmçinin, Dünya Bankının Azərbaycanda gələcək fəaliyyətini və investisiya layihələrinin indikativ proqramını, eləcə də 2023- 2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması üzrə növbəti addımları müzakirə ediblər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?