11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİB ekspertləri DVX əməkdaşlarına təlim keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Asiya İnkişaf Bankının (AİB) Vergi İdarəsi tərəfindən “Nağdsız” Biznes Mühitində Vergidən Yayınma” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Vergi Xidmətinin audit strukturlarında çalışan bir sıra əməkdaşları iştirak edib.

Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, AİB-in Vergi İdarəsi üzrə məsləhətçisi John Middleton “Hasilat və qeyri-hasilat sahələrində yayınma hallarını aşkar etmək üçün metodologiyalar” mövzusunda çıxış edib. Təlimin məqsədi orta və iri biznes meyarları üzrə tam və dəqiq maliyyə uçotunu aparan müəssisələrin vergiyə cəlb edilən mənfəətlərinin yayındırılması metodlarını və bu xüsusda Dövlət Vergi Xidmətinin auditorları tərəfindən vergidən yayınma hallarının müəyyənləşdirilməsi alətlərini göstərmək olub.

İştirakçılar beynəlxalq təcrübədə bəzi vergidən yayınma üsulları və onların praktikada istifadəsi ilə tanış olublar. Təlimdə saxta hesab-faktura, müştəri kredit qeydlərinin manipulyasiyası, ehtiyatlardan istifadə etməklə vəsaitlərin nağdlaşdırılması, mümkün biznes xərclərinin şişirdilməsi, vergiləri azaltmaqla biznesdən qeyri-rəsmi gəlir əldə etmə, rəsmi bizneslə yanaşı bəyan edilməmiş fəaliyyətin həyata keçirilməsi, eləcə də ticarətdə səhmlərin yanlış qiymətləndirilməsi ilə bağlı geniş məlumat verilib. Müzakirələr şəraitində keçən təlim zamanı orta və iri bizneslərdə nağd pul vəsaitlərinin qismən bəyan edilməsi ilə bağlı vergidən yayınma hallarının aşkarlanmsı və aradan qaldırılması yolları araşdırılıb, praktiki məsələlər həll olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?