11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 67 faizədək artıb

Bu ilin yanvar-aprel ayları ərzində 179 416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz çoxdur.

Cari ilin ilk 4 ayı ərzindəki göstəricinin 27 980-i (15,6 faiz) ilkin, 151 436-sı (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2 faiz artıb.

Hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15 623-ü fərdi yaşayış və bağ evi, 29 834-ü mənzil, 130 282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30 829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?