9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda 20 May - Ümumdünya Metrologiya Günü münasibətilə dövlət və özəl müəssisələrin metroloqları üçün maarifləndirici tədbir təşkil olunub.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə İnstitutun metroloji xidmətlərindəki yeniliklər, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işinin təşkili, milli etalon bazasının təkmilləşdirilməsi və digər prioritet məsələlər müzakirə olunub.

Görüşdə AİBNDX, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, “Azərsun Holdinq” MMC, SOCAR, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və metroloji xidmət göstərən özəl təşkilatların nümayəndələri iştirak edib.

Tədbir zamanı dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, elmi-praktiki təlimlərin və sahə üzrə xidmətlərin təşkili istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonda İnstitutun temperatur, kütlə, elektrik, təzyiq, sıxlıq, özlülük, vaxt və tezlik, ionlaşdırıcı şüalanma və radioaktivlik ölçmələri üzrə dövlət ilkin etalon laboratoriyalarına baxış keçirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?