5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

PwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər

PwC audit şirkəti 26-cı qlobal illik CEO sorğusunun Azərbaycan üzrə hesabatını dərc edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı hesabata istinadən xəbər verir ki, sorğuda iştirak edən CEO-ların 69 faizi ölkənin 2023-cü il üçün inkişaf perspektivləri ilə bağlı nikbin olaraq qalırlar.

Yerli şirkət rəhbərləri qlobal iqtisadiyyatla bağlı daha az optimistdirlər. Respondentlərin 52 faizi növbəti 12 ay ərzində qlobal iqtisadi artımın yavaşlamasını proqnozlaşdırdıqlarını bildiriblər.

Beynəlxalq bazarda fəaliyyət göstərən əksər şirkət rəhbərləri Türkiyə (28 faiz), Rusiya (15 faiz), Gürcüstan (12 faiz), Qazaxıstan (10 faiz) kimi ölkələri öz müəssisələrinin gəlirlərinin artması üçün vacib hesab edirlər. Siyahıya həmçinin ABŞ (7 faiz), BƏƏ (7 faiz), Böyük Britaniya (6 faiz), Almaniya (6 faiz), Çin (5 faiz) daxildir.

Rəhbərlərin 40 faizi şirkətlərinin 12 ay, 41 faizi isə üç il ərzində gəlirlərinin artacağına əmindir.

Azərbaycanda getdikcə daha çox şirkət ekoloji problemlər haqqında düşünür. Rəhbər işçilərin 37 faizi ekoloji cəhətdən təmiz məhsullar üzərində işlədiklərini və ya istehsal etməyi planlaşdırdıqlarını, sorğuda iştirak edənlərin 12 faizi artıq belə məhsullar istehsal etdiyini bildirib.

Respondentlərin 30 faizi zərərli emissiyaların azaldılmasına yönəlmiş strategiyanı planlaşdırır və ya üzərində işləyir. Analoji strategiya artıq respondentlərin 18 faizi tərəfindən həyata keçirilir.

Hesabatla qeyd edilən linkdən tanış olmaq olar: https://pwc.to/3Mlol0i

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?