22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Torpaq sahələrinin kənarına qanunsuz olaraq kanal və xəndək qazılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bunlardan biri də pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndəklərin qazılmasıdır. Bu isə torpaqların münbit qatının korlanmasına, məhsuldarlığın azalmasına, torpaq qanunvericiliyinin pozulmasına səbəb olur. Belə hallara daha çox Oğuz, Masallı, Kürdəmir və Şəki rayonlarının ərazisində rast gəlinir.

İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur, eləcə də bu Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?