21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə üzrə elektrik enerjisi istehsalı artıb

2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 mln. kVt·st, yəni 6,5 faiz artaraq 9 852,1 mln. kVt·st olub.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-aprel aylarına nisbətən İES-lərdə 633,2 mln. kVt·st artaraq 9 266,1 mln. kVt·st, SES-lərdə 30,8 mln. kVt·st azalaraq 462,0 mln. kVt·st, digər mənbələr üzrə isə 2,1 mln. kVt·st azalaraq 124,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 21,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 19,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 83,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu ilin yanvar-aprel ayları ərzində elektrik enerjisinin idxalı 41,1 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 1 244,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt·st artıb.

Cari ilin aprel ayında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 mln. kVt·st və ya 2,4 faiz artaraq 2095,9 mln. kVt·st olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 mln. kVt·st, ixrac isə 9,7 mln. kVt·st təşkil edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?