12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin gələcək dayanıqlı inkişafının əsasını qoydu”

Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başladı.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrildi.

“Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü mövcud vəziyyəti daha da çətinləşdirmişdi. Bu çətin dövrdə məhz Heydər Əliyevin göstərdiyi liderlik məharəti, strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşmışdır”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirmişdi. “Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi. “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin gələcək dayanıqlı inkişafının əsasını qoydu”, - Mikayıl Cabbarov qeyd edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?