Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar artaraq 75,77 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 71,82 dollar təşkil edib.