14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Araz Vadisi İqtisadi Zonası”na 32,7 milyon manat investisiya yatırılacaq

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında inzibati binanın tikinti işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmiryolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, layihələrin reallaşması nəticəsində ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən artıq daimi iş yeri yaradılacaq.

Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb.

Mayın 4-də dövlət başçısının iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisəyə baxış keçirilib, üç müəssisənin təməli qoyulub.

Təməli qoyulan “Holcim Azərbaycan” ASC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək. İnvestisiya dəyəri 3,74 milyon manat olan müəssisədə 25 nəfər insanın daimi işlə təmin olunması planlaşdırılır. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Digər rezident - “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində investisiya həcmi 7,31 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnikaların və metal məmulatların istehsalı müəssisəsi yaradılacaq və 124 nəfər işlə təmin ediləcək. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

“Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan “Yük avtomobilləri texniki servis xidmətlərinin göstərilməsi layihəsi” həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin istehsal yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 20 nəfər işlə təmin ediləcək.

Bununla yanaşı, Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 2021-ci ilin 5 oktyabr tarixində təməli qoyulan “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin tikinti işləri davam etdirilir. Ümumi investisiya həcmi 10,2 milyon olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?