Avrasiyada konteyner daşımalarının təşkilinə mühüm töhfə
“ADY Konteyner” MMC ilə “Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımalarına dair anlaşma memorandumu imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “vergiler.az”a verilən məlumata görə, sənəd Aşqabadda keçirilən “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf – 2023” II Beynəlxalq Sərgi və Konfransı çərçivəsində imzalanıb.
Yeni əməkdaşlıq platforması Avrasiyada konteyner daşımalarının səmərəli və dinamik təşkilinə mühüm töhfə verəcək.
Konfrans çərçivəsində CASCA+ beynəlxalq multimodal marşrutunun iştirakçısı olan ölkələrin dəmir yolu operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının inkişafı üçün yeni perspektivlər müzakirə edilib.