16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri Rusiya bazarında fəaliyyətlərini genişləndirir

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan "X5 Group"a 2022-ci ildə Azərbaycandan 918,6 min ABŞ dolları dəyərində emal edilmiş qida məhsulları ixrac edilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, təkcə cari il ərzində isə ixrac edilən məhsulun dəyəri 880,6 min dollar təşkil edib.

Bildirilir ki, bu günədək şəbəkə ilə "AzNar", "TAC-Gülüstan", "Agro-Azerinvest", "Zira Brightman", "Berg Energy", "Azərsun Holdinq" və "Abşeron-Şərab" şirkətləri ilə mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab və brendi ixracı üzrə müqavilələr imzalanıb. Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.

Xatırladaq ki, AZPROMO tərəfindən ixracın təşviqi istiqamətində görülən tədbirlər çərçivəsində ötən ilin may ayında Azərbaycan şirkətləri öz məhsullarını Bakıda "X5 Group"un işçi heyəti üçün təşkil olunan qida sənayesi sərgisində nümayiş ediblər.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?