23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlakın icbari sığortası üzrə yeni şəhadətnamə formaları müəyyən olunub

Azərbaycan Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası üzrə yeni şəhadətnamə formalarını təsdiq edib. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev məlumat verib. Onun sözlərinə görə, yeni şəhadətnamə formaları əsasında həm fiziki, həm də hüquqi şəxslər üçün daşınmaz əmlakın icbari sığortası elektron qaydada aparılacaq:

“Düşünürük ki, elektron şəhadətnamələrin buraxılması bu sahədə sığortalanmanı xeyli dərəcədə genişləndirəcək. Çünki sığorta şəhadətnamələrinin əldə edilməsi asanlaşacaq”.

Z.Əliyev bu istiqamətdə görülən digər işləri də açıqlayıb. Cərimələrin tətbiqinin necə həyata keçiriləcəyinə aydınlıq gətirib: “Daşınmaz əmlakın icbari sığortasında qeyri-yaşayış sahələri ilə bağlı olan icbari əmlak sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələrinin sığortalanmasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Qanunvericilik bu orqanları icbari sığortalara nəzarət orqanı kimi müəyyən etdiyinə görə, protokolları da onlar müəyyən etməlidir. Həmin orqanlar tərəfindən əmlakların sığorta olunub-olunmamasını elektron qaydada müəyyən etmək üçün mövcud sistemlər arasında inteqrasiya həyata keçirilməkdədir”.

Z.Əliyev bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini, işçi qrupun fəaliyyət göstərdiyini vurğulayıb:

“Biz bütün bu görülən tədbirlərə paralel olaraq qanunvericiliyin təkmilləşməsi, daşınmaz əmlakın icbari sığortasının daha təkmil bir sığorta məhsulu kimi bazara çıxarılmasını üzərində işləyirik”.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?