12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kadri Simson: “Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişlənməsini dəstəkləyir”

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qiymətləndirib.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Brüsseldə Azərbaycan ilə Aİ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu çərçivəsində çıxış edən K.Simson böhranın idarə olunmasından ortamüddətli strateji planlaşdırmaya keçərkən Aİ-nin gözlənilən qaz tələbatının da nəzərə alındığını, Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacib məsələlərdən biri olduğunu qeyd edib.

“Biz dəhlizin genişlənməsini dəstəkləyirik. Bugünkü görüş növbəti konkret addımların müəyyənləşməsində bizə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı Cənubi Qafqaz qonşularımızı və tərəfdaşlarımızı bərpa olunan enerji istehsalının artırılması sahəsində dəstəkləyir. Məsələn, Xəzər regionunda Azərbaycanda metan emissiyalarının aşağı olması metan fəaliyyəti ilə bağlı ölkənin lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq”, - K.Simson əlavə edib.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi