4 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət-Biznes Dialoqu Platforması - www.azranking.az

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib. Bildirilib ki, www.azranking.az portalının əsas platformalarından biri olan İdarəetmə və Koordinasiya Paneli (Komissiyanın elektron kargüzarlıq sistemi) 2019-cu il iyun ayının 1-dən funksional olaraq tam istifadəyə veriləcək. Görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sisteminin tətbiqi və bu sahədə dövlət qurumlarının nümayəndələrinin daha detallı və praktik olaraq məlumatlandırılması həyata keçirilib.

Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına geniş imkanlar yaradır.

Təlim zamanı bildirilib ki, Portal əsasən aşağıdakı platformalardan ibarətdir:

  • Məlumatlandırma Paneli (Komissiyanın fəaliyyəti, Beynəlxalq reytinqlər, onlayn müraciət, Axtarış sistemi və s.);
  • Dövlət-Biznes Dialoqu Platforması;
  • İnnovativ müqayisə sistemi ("Benchmarkinq" sistemi);
  • İdarəetmə və Koordinasiya Platforması (Komissiyanın elektron kargüzarlıq sistemi)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sistemindən Komissiyanın Katibliyinin və işçi qrupların üzvlərinin vizual olaraq izahı üçün yeni video çarx tərtib edilib. Təlimdə dövlət qurumlarının 30-dan artıq nümayəndəsi iştirak edib.

VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub