21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: ”Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını 10-a çatdırmaq imkanı əldə edəcək”

Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın müvafiq şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumunun imzalanmasından sonra Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını 6-dan 10-a çatdırmaq imkanı əldə edəcək.

Bunu “vergiler.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Bu memorandumun imzalanmasını böyük bir tarixi hadisə kimi qiymətləndirən komitə sədri qeyd edib ki, Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayının 10-a çatdırılması üçün adı çəkilən ölkələr də qazı qəbul edəcək infrastruktura sahib olmalıdır.
T.Mirkişili əlavə edib ki, memorandum bütövlükdə Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin səviyyəsinin artması baxımından mühüm imkanların yaranması deməkdir: “Nəzərə alaq ki, Azərbaycan artıq Avropa Birliyi ölkələri üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir. Ölkəmiz uzun illərdir ki, Avropa Birliyinə neft, eyni zamanda bir çox qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Azərbaycan qonşu ölkələr, xüsusən Avropa bazarı üçün artıq etibarlı tərəfdaş statusunu qazanıb. Buna görə də bir çox ölkələr Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar”.

Komitə sədri əlavə edib ki, Azərbaycan həm də Avropa üçün yaşıl enerji ixracatçısı statusunu qazanmağa iddialıdır. Azərbaycan bu istiqamətdə infrastrukturunu getdikcə daha çox inkişaf etdirməyə çalışır: “Həm bu, həm də bütövlükdə Balkan ölkələri ilə, Türkiyə ilə əldə edilmiş razılıqlar, eyni zamanda Azərbaycanın bütövlükdə 200 qeqavatdan çox yaşıl enerji potensialına sahib olması gələcəkdə yeni anlaşmaların imzalanmasına, Azərbaycanın yaşıl enerjisinin böyük həcmdə Avropa bazarlarına daxil olmasına imkan yaradacaq. Bütövlükdə imzalanan bütün bu memorandumlar, əldə olunan razılaşmalar, xüsusilə qonşu ölkələr, Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə əldə edilən razılaşmalar Azərbaycanın siyasi və iqtisadi nüfuzunun Avropada yüksək olmasının göstəricisidir. Bu, həm də Prezident İlham Əliyevin apardığı xarici iqtisadi siyasətin kifayət qədər uğurlu olması, etibar qazanması və bu siyasətin hər iki tərəf üçün iqtisadi fayda gətirməsi anlamına gəlməsi deməkdir. Bunun da nəticəsi olaraq, Azərbaycan dövləti və xalqımız bu imkanlardan daha çox faydalanacaq”.

İlhamə İSABALAYEVA

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?