31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Eldəniz Əmirov: “Gömrük prosedurunun sadələşdirilməsi ölkə iqtisadiyyatına effektiv təsir göstərəcək”

Eldəniz Əmirov: “Gömrük prosedurunun sadələşdirilməsi ölkə iqtisadiyyatına effektiv təsir göstərəcək”

“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilən dəyişikliklərin sahibkarlara və ümumiyyətlə, ölkə iqtisadiyyatına effektiv təsir göstərəcəyi birmənalıdır.

Bu barədə “vergiler.az”a iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirovun sözlərinə görə, Azərbaycanda emal sənayesinin inkişafı üçün yeni kompleks güzəştlərin tətbiq edilməsi vacibdir: “Azərbaycanda yerli emal və istehsalın böyük əksəriyyəti xaricdən gətirilmiş xammal hesabına həyata keçirilir. Məsələn, biz Zaqatalada istehsal etdiyimiz fındığı qovurub və yaxud da formasını dəyişib qablaşdırırıqsa, etiketləyiriksə, bu zaman bütün proses zamanı istifadə etdiklərimiz öz məhsulumuz olmur. Olursa da, bu, nadir hallarda baş verir. Ona görə də ölkə daxilində istehsal və emal bilavasitə xaricdən gətirilən hansısa xammalın hesabına olur. Adətən bu formada istehsal etdiyimiz məhsulu təkrar xaricə satdığımız zaman həm prosedur baxımından mürəkkəb olur, həm də zaman itiririk. Bu baxımdan daxildə emalın dəstəklənməsi və təşviq edilməsi üçün belə bir qərara çox böyük ehtiyac var idi”.

E.Əmirov qeyd edib ki, əgər yekun məhsulun maya dəyərininin bir manatı belə qeyd edilən qaydada formalaşırsa, bu, ixracda özünü göstərir, rəqabət qabiliyyəti yaranır: “Eyni zamanda, gömrük prosedurunun sadələşdirilməsi zamana və belə deyək, digər resurslara qənaət edilməsi deməkdir”.

İlhamə İSABALAYEVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?