18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük təmsilçiləri və logistika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, növbəti görüş DVX-nin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, İdxal-İxrac Əməliyyatları üzrə baş İdarəsinin, “Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin və gömrük təmsilçiliyi üzrə şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə gömrük təmsilçiliyi institutunun mahiyyəti, formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyəti haqqında məlumat verilib, ölkəmizdə logistika sahəsində fəaliyyətin təşkili istiqamətində görülən işlər, qanunvericilikdə yer alan məqamlar, sənədləşmə prosedurları, bu sahənin rəqabətqabiliyyətliliyinin artırılması, o cümlədən gömrük təmsilçiliyinin inkişafı üçün səmərəli mexanizmlərin yaradılması üzrə təşəbbüslər müzakirə edilib və onların həlli istiqamətində fikirlər səsləndirilib.

Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması, sistemli təkliflər paketinin hazırlanması, təhlillərin və təkliflərin vergi orqanlarına təqdim olunması qərara alınıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri