14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu günədək sahibkarlıq subyektlərinə 91 “Startap” şəhadətnaməsi verilib

Bu ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 “Startap” şəhadətnaməsi verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin 83-ü mikro, 8-i kiçik sahibkarlıq subyektidir.

Şəhadətnamələrin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90 faizinə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir. “Startap” şəhadətnaməsi alan KOB subyektlərindən 13-ü qadındır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?