25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Roman Qaraşov: “İstehlakçıların etibarlı satış portallarının fəaliyyətindən faydalanmaları yaxşı olar”

Roman Qaraşov: “İstehlakçıların etibarlı satış portallarının fəaliyyətindən faydalanmaları yaxşı olar”

Onlayn platformalar istehlakçılar üçün çox geniş imkanlar açsa da, onlar üçün həm də böyük risklər yaradır. Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə, onlayn ticarət zamanı ödənişləri kart köçürmələri vasitəsilə etmək istehlakçı üçün böyük riskdir. Sifarişi qəbul edən tərəf kart məlumatlarını ələ keçirdiyi zaman istehlakçılar böyük maliyyə itkiləri ilə üzləşə bilərlər: “Təbii ki, banklar müəyyən təhlükəsizlik tədbirləri görür, kiber və digər bu kimi digər hücumlardan qorunmaq üçün təhlükəsizlik sistemlərini gücləndirir, daha mükəmməl fəaliyyət göstərməyə çalışırlar. Lakin riskli ödənişlər istehlakçıların kartlarından gələcəkdə başqa məqsədlər üçün vəsaitlərin tutulması ehtimallarını çoxaldır. Həmçinin ödənişi kart köçürmələri vasitəsilə edən zaman istehlakçıya sahibkar tərəfindən məhsulun ödənişinin edildiyinə dair hər hansı sənəd, qəbz təqdim oluna bilmir ki, bu da istehlakçının sahibkara qarşı gələcəkdə hər hansı tələblər irəli sürməsinə maneçilik yaradır. Biz deyə bilmərik ki, istehlakçı hansısa mağazadan və şəbəkədən məhsul almasın. Sadəcə, istehlakçılara təsadüfi yerlərdən alğı-satqı etdikləri zaman yaxşı düşünmələrini tövsiyə edirik. İstehlakçıların cəmiyyətdə daha çox etimad qazanan və ya insanların daha çox istifadə etdiyi, etibarlı satış portallarının fəaliyyətindən faydalanmaları yaxşı olar”.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?