22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərraca 60 dövlət əmlakı çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də hərrac keçiriləcək. Xidmətdən “vergiler.az”a verilən məlumata əsasən, hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisə və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında, həmçinin, yardımçı təsərrüfat, əmlak kompleksi, iaşə obyekti, mağaza, yeraltı dayanacaq da var.

Oğuz şəhərində yerləşən “Şahdağ” yeməkxanası turizm baxımından əlverişli mövqedə yerləşir. İlkin start qiyməti 56 600 manat olan əmlakın ümumi faydalı sahəsi 113 kvadratmetr, torpaq sahəsi isə 40 sotdur.

Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3500 manatla 11500 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?