12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Adına daşınmaz əmlak­ın olub-olmamasını necə müəyyən etmək olar?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidməti vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, adıçəkilən xidmət adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın alınmasını vətəndaş üçün daha əlçatan edib. Belə ki, şəxs bu arayışı Xidmətin ərazi idarələrinə müraciət etmədən elektron qaydada da əldə edə bilir.

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər ƏMDX-nin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə keçid edib şəxsə aid tələb olunan məlumatları (şəxsiyyət vəsiqəsinin seriya, nömrə və FİN kodu) daxil edərək xidmətə giriş edilir. Açılan pəncərədəki müvafiq bölmələri doldurduqdan sonra müraciət göndərilməlidir. Daha sonra təsdiqetmə bildirişi ekranda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

Arayış hazır olduqdan sonra elektron formada imzalanır və müraciət edən şəxsə xidmət haqqının ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra portalda​“Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidmətə daxil olub, “Elektron arayışlarım” bölməsindən daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayış ilə tanış olmaq mümkündür.

Adıçəkilən elektron xidmətin istifadə qaydası ilə bağlı video təlimata bu linkə (https://bit.ly/3uKlHGU) daxil olaraq baxmaq olar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?