19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ölkəmizdə inspeksiya və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən “SGS Azərbaycan” şirkəti, Azərbaycan Standartlaşdırma İnstitutu və “Caspian Energy Club”ın təşkilatçılığı ilə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi”nə dair tədbir keçirilib.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilən tədbirin məqsədi iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində “İSO 37001:2016” beynəlxalq standartının tətbiqi imkanları və sertifikatlaşdırma prosesi haqqında məlumatlandırmaq olub.

Tədbirdəki çıxışlarında Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov müvafiq olaraq ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, “İSO 37001:2016” beynəlxalq standartın tətbiqi məsələləri barədə məlumat veriblər.

“SGS Azərbaycan” şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri”, “SGS Azərbaycan” şirkətinin baş auditoru Asif Əmirsultanov “İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi”, şirkətin şöbə müdiri Nigar Əliyeva isə “İSO 37001:2016 sertifikatlaşdırma prosesi” barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?