19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniya ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar ayında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 58 526,76 min ABŞ dolları və ya 57,3 faiz artaraq 160 662,88 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Almaniyadan Azərbaycana 65 606,45 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 17 414,64 min dollar və ya 36,1 faiz üstələyir.

Hesabat dövründə Azərbaycandan Almaniyaya ixrac edilən məhsulların dəyəri isə 76,2 faiz və ya 41 112,12 min dollar artaraq 95 056,42 min dollar təşkil edib.

Qeyd edək ki, yanvar ayının yekunlarına görə, Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında yer alıb. Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 4,88 faiz təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?