19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“DİM İnvestor Xəritəsi” üzrə maraqlı tərəflər üçün tədbir təşkil olunub

2020-ci ildə BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyi tərəfindən ölkədə dayanıqlı inkişafa nail olunması istiqamətində “İnteqrə Olunmuş Milli Maliyyələşdirmə Çərçivəsi” (INFF) müştərək proqramının icrasına başlanılıb.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, proqram çərçivəsində “DİM İnvestor Xəritəsi”nin hazırlanması məqsədilə BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edilir.

Martın 9-da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nın İnkişaf Proqramının birgə təşəbbüsü ilə “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosisteminin tədqiqatına dair tədbir keçirilib, investisiya imkanları təqdim olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu vurğulayıb, ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiya və tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya olunduğunu qeyd edib.

Nazir müavini dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın DİM-lərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcəyini bildirib.

BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzinin direktor müavini Gülçin Salınqan DİM-ə nail olunmasında özəl sektorun rolunu, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirilən əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya mühitinə təsir edən faktorların araşdırıldığını diqqətə çatdırıb. Mərkəzin ekspertləri Funda Süzer və Yasemin Bitlis Azərbaycan üçün “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosistemi üzrə tədqiqatın ilkin nəticələri barədə təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?