10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Macarıstanla ticarət dövriyyəsi artıb

2022-ci ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 47,4 mln. ABŞ dolları təşkil edib ki, bu da bir il öncəki göstəricini 34,81 faiz üstələyir.

vergiler.az” xəbər verir ki, Macarıstandan ölkəyə əsasən əczaçılıq məhsulları, elektrotexniki avadanlıqlar və hissələri, spirtsiz içkilər, meyvə-tərəvəz emalı məhsulları, kimya sənayesi məhsulları və digər mallar idxal edilib.

Azərbaycandan Macarıstana isə reaktiv kerosin yanacağı, elektrik avadanlıqları və hissələri, mexaniki qurğular və hissələri, meyvə-tərəvəz emalı məhsulları və s. məhsullar ixrac edilib.

Cari ilin fevral ayının 1-nə olan məlumata görə, Azərbaycanda 20-dən artıq Macarıstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Bu qurumlar əsasən kənd təsərrüfatı, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?